Dünyada virusa yoluxanların sayı 30 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib.

Metbuat.az xəbər verir ki, bu barədə koronirus statistikalarını araşdıran "Worldometer"in məlumatlarında qeyd edilib. Son məlumatlara görə, dünyada virusa yoluxmaların sayı 30 milyon 36 min 868 nəfərdir.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb: 6 milyon 828 min 301 nəfər. Növbəti sıralarda isə Hindistan (5 milyon 118 min 253), Braziliya (4 milyon 421 min 686), Rusiya (1 milyon 79 min 519), Peru (744 min 400), Kolumbiya (736 min 377), Meksika (680 min 931), Cənubi Afrika (653 min 444), İspaniya ( 614 min 360), Argentina (589 min 12) ve Çili (439 min 287) oldu.

Mənbə: Anadolu Ajansı



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR