İtaliyanın "Yuventus" klubu "Roma"da forma geyinən Edin Cekonu heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalandığı bildirilib. Transfer üçün "Yuventus" 16 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Roma" Edin Cekonu 2016-cı ildə "Mançester Siti"dən transfer etmişdi.

Mənbə: Sky İtalia