Cəbhədə gərginlik: ermənilər türk müxbirləri hədəf aldı -

Anadolu Agentliyi Azərbaycanın cəbhə xəttindən görüntülər yayımlayıb.

Metbuat.az xəbər verir ki, görüntülərdən aydın görünür ki, cəbhə xəttindən reportaj hazırlayan türkiyəli jurnalistlər düşmən hücumuna məruz qalıblar. Videoda dinc sakinlərin olduğu ərazilərimizin atəşə tutulduğu açıq aydın görünür.

Qapanlı istiqamətində çəkilişlər aparan TRT əməkdaşları da dinc sakinlər yaşayan istiqamətdə ermənilər tərəfindən toplardan atəş açıldığını bildirirlər.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, ordumuz cəbhə xətti boyunca tam nəzarətə sahibdirlər.

Video linki:

https://www.aa.com.tr/tr/dunya/ermenistan-toplarinin-saldirisindan-aa-ekibi-son-anda-kurtuldu-/1986963



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR