Sabahdan 5-ci və 9-cu siniflərdə dərslər əyani formada başlayacaq

Sabahdan 5-ci və 9-cu siniflərdə əyani formada tədris həftədə 2-3 dəfə olmaqla bərpa olunacaq.

Metbuat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib .

O bildirib ki, COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin bu formada təşkili noyabrın 2-dək davam edəcək. Epidemioloji vəziyyətlə əlaqədar olaraq növbəti dövr üçün müvafiq qərarlar qəbul ediləcək.

Xatırladaq ki, sentyabrın 15-dən etibarən 5-ci və 9-cu siniflər üçün dərslər distant formada təşkil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR