Nikol Paşinyan yalan paylaşımlarla xalqını təşvişə salır -

Dünən Ermənistan baş naziri öz xalqını təşvişə salacaq formada "Facebook" hesabında paylaşımlar etmişdir.

Metbuat.az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, Paşinyanın yalan paylaşımına görə, hansısa dronlar Yeravan üzərində hərəkət edirlər. Paşinyan bu dronların vurulması ilə bağlı da paylaşımlar da etdi:

"Daha sonra isə proqramla hazırlanmış bu yalan videolar sosial şəbəkələrdən silindi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR