"Azərbaycan Silahalı Qüvvləri yüksək peşəkarlıqla çətin reylef şəraitində, çətin iqlim şəraiti və çətin hərbi istehkam şəraitində düşmənə qarşı əks hücum əməliyyatları həyata keçirirlər".
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O, bu gün keçirilən brifinqdə bildirib ki, bunu hər bir Azərbaycan vətəndaşı bilir, görür və başa düşür.
"Çünki qeyd etdiyimiz kimi düşmən tərəfindən işğal edilən ərazilərdə 30 il ərzində dərin istehkam sistemləri qurulub. Bəzi ərazilərdə betonlaşmış bu sistemlərin hündürlüyü uzunluğu 8-10 metrə çatır. Onların arxasında gizlənərək özlərinə əlverişli mövqe tutmağa çalışırlar. Hər birimiz bilirik ki, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərin əksəriyyəti dağlıqdır. Kifayət dərəcədə çox sayda təbii maneələr var, reylef şəraiti çox ağırdır".
PA rəsmisinin sözlərinə görə, bu istər hərbi tezxnika, istərsə də canlı qüvvənin hərəkətidə maneələr yaradır. Amma bu maneələrə, çətinliklərə baxmayaraq qarış-qarış, addım-addım Azərbaycan Silahlı Qüvvələri ancaq irəlidədirdlər.
"Hər birimiz bilməliyik ki, hərbçilərimiz çox çətin şəraitdə düşmənin atəş məntəqlərini suduraraq, bəzən də onların atəş altında irəliyə doğru gedirlər. Ön xəttdə olduğu kimi, arxada da düşmənin resursları tükədilir. Hərbi obyektləri darmadağın edilir. Hərbi infrastrukturun da yaradılması illər tələb edir. Ermənistan onu illərlə qurub, indi isə qısa müddət ərzində sıradan çıxarılırlar. Murov istiqamətində indi qışdır. Dron çəkilişlərində də bəzi yerlərdə qar yağdığı görünür. Azərbaycanın rəşadətli oğulları 3400-3500 m yüksəklikdə düşmənə qarşı mübarizə aparırılar. Biz onlarla fəxr edirik".