''Ermənistan baş naziri Nikol Paşinyan Qarabagla bağlı güzəşt barədə danışması atəşkəsə nail olub, vaxt qazanmaqdır.''
Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə danışıqlar yalnız müharibəni davam etdirməklə aparmalıdır.
"Ermənistan 1-ci Qarabağ müharibəsində müharibə apararaq danışıqlara qatılırdı. Onlar qəti şəkildə atəşkəsə razı olmurdular. Həmin illərdə tərəflərin müzakirələr keçirdiyi saatlarda belə Ermənilər ərazilərimizi işğal edirdilər.
Azərbaycan Paşinyanın hazırkı güzəşt ilə bağlı açıqlamasına o halda razılaşa bilər ki, Ermənistan ordusunu Azərbaycanın işğal altında olan ərazilərindən çıxarsın. Belə bir situasiyada Paşinyanın güzəşt planı, yalnız atəşkəsə nail olmaqdır. Azərbaycan işğal altında olan ərazilərini azad etməyincə, güzəşt şərtlərinə razılaşmayacaqdır.
Ermənistan ordusu ərazilərdən çıxmayınca, Paşinyanın güzəşt ilə bağlı açıqlaması manipulyasiyadan başqa bir şey deyildir''.
''Öz legitimliyini qaldırımaq üçün ən yaxşı yol kimi Azərbaycanla müharibəni seçən Nikol Paşinyan axır nəticəni yanlış hesabladı''.
Bu barədə siyasi şərhçi Elman Vəliyev bildirib. O deyir ki, hakimiyyətə ABŞ köməyi ilə gələn Paşinyan Rusiyanın arxasında olduğunu zənn edərək sentyabrın-27də Azərbaycanla müharibəyə başladı. Ancaq zənni onu yanıltdı!
"Rusiya bu dəfə meydanda Ermənistan iqtidarını tək buraxaraq kimin nəyə qadir olduğunu sübut elətdirdi. Azərbaycan 30 ildir danışıqların nəticə vermədiyini və bu işin ancaq müharibə ilə olacağını deyərək öz əzəli torpaqlarını geri almaq siyasətinə başladı.
Paşinyan görür ki, xalq hər an onu devirə bilər. Bunun üçün media qarşısında Azərbaycanla razılaşa biləcəyini bəyan etdi. Azərbaycan bir şərtlə - Ermənistan bütün işğal etdiyi əraziləri azad etdiyi təqdirdə atəşkəsə razı olacaqdır''.
Gülbəniz Hüseynli / Metbuat.az