“ATƏT-in Mins qrupunun siyasi olaraq ömrü bitib”.
Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Növbəti dəfə keçiriləcək Cenevə müzakirələrindən əldə olunan nəticə də qənaətbəxş olmayacağını bildirən general dedi ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında Dağlıq Qarabağ müzakirələrinin davamı olacaqdır.
“ATƏT-in Minsk qrupu 13 ölkədən ibarət böyük bir nüfuza sahib qurumdur. Türkiyənin də qoşulduğu bu qurumun fəaliyyətinin daha da gücləndirilməsi üçün işlər görülməlidir. Türkiyənin məqsədi odur ki, qurumun tərkibində olan digər 10 ölkənin də iştirakı ilə işğal altında olan torpaqların qaytarılmasın məsələsini müzakirə etsin. Növbəti ATƏT və Cenevrə müzakirələrində 7 rayonun azad edilməsi, və digər işğal altında olan torpaqların qrafik əsasında təyin edilmiş vaxtlarda qaytarılması müzakirə edilməlidir ”.
Yücel Karauz bildirdi ki, hər iki ölkənin prezident və müdafiə nazirlərinin iştirakı ilə keçiriləcək müzakirələrdə Qafqazda sülhün təminatı üçün Türkiyə və Rusiyanın da bu məsələlərdə iştirakı labüddür.
“Ermənistana qardaşlıq edən Rusiya, Azərbaycanı bu müzakirələrdə işğalçı ölkənin maraqlarına qurban verə bilməz. Rusiyada fəaliyyətdə göstərən Azərbaycan diasporaları da bu məsələ də aktiv iştirak etməlidirlər.
Əgər Azərbaycan Cenevrə müzakirələrindən istədiyi nəticəni əldə edə bilməsə, o zaman bir millət iki dövlət dediyimiz Azərbaycan və Türkiyə, bir millət bir dövlət olaraq işğal altında olan torpaqlarının azad olunmasında qənaətbəxş addımlar atacaqlar”.
General deyir ki, ümumiyyətlə erməni işğalçıları tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması məsələsinin təkcə xarici işlər nazirlərinin müzakirələrinin ixtiyarında olmasını yalnış hesab edir.
“Lavrov deyir ki, Türkiyə Qarabağ müzakirələrində kənarda saxlanılmalıdır. Qarşıdakı günlərdə xarici işlər nazirlərinin görüşləri çərçivəsində əldə olunmuş razılığın nəticəsiz olacağı təqdirdə Rusiya xarici işlər nazirinin dedikləri təsirsiz qalacaqdır. Bu məsələ Lavrova və Xarici İşlər nazirliyinin öhdəsinə verilərsə heç bir nəticə əldə olunmaycaqdır”.
Gülbəniz Hüseynli / Metbuat.az