"McDonalds" önünüdə dayanan Hüseyn kimdir? -

Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən transmilli fast-food şirkətlər - “McDonald’s”, “KingBurger” və “Papa John’s ermənilərin təzyiqlərindən sonra sosial şəbəkə hesablarında Azərbaycana dəstək postlarını siliblər.

Bu hal vətəndaşlarımızda ciddi narazılığa səbəb olub. Bəziləri “boykot” həştəqləri ilə bu şirkətlərə məxsus məhsulları almaqdan imtinaya səsləyiblər. Bir sıra şəxslər isə həmin restoranların qarşısına gedərək, restoranlara daxil olan şəxsləri baş verənlər barədə məlumatlandıraraq, onları həmin restoranların məhsullarından imtinaya çağırıb.

Metbuat.az xəbər verir ki, belə şəxslərdən biri də bu gün Fəvvarələr meydanındakı “McDonald’s”ın qarşısında dayanaraq insanları bu restoranı boykot etmələri üçün maarifləndirən Hüseyn Həsənovdur. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimidir. Özü bildirir ki, qarşısına qoyduğu hədəfə qismən nail ola bilib: “Restorana gələnləri baş verənlərlə bağlı məlumatlandırıram. Hər 10 müştərindən 7-i geri qayıdır. Təzyiq göstərmirəm. Göstərə bilmərəm. Qanun çərçivəsində fəaliyyət göstərirəm”.


Qeyd edək ki, Hüseyn Həsənovla yanaşı digər vətəndaşlarımız anoloji addımı ataraq, retoranlar qarşısında vətəndaşları baş verənlər barədə məlumatlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı