Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olundu - RƏSMİ

.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib.

Bu barədə Metbuat.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, ÇexiyaAvstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirmişdir. Özəl tibb müəssisəsində çalışıb.

Pərviz Hacıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR