Aynişan boşanması haqda ilk dəfə danışdı -

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva həyat yoldaşı Kənanla boşanması haqda ilk dəfə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Aynişan bu çətin günlərdə belə mövzu ilə gündəmə gəlməsindən heyfisləndiyini bildirərək, Azərbaycan xalqından üzrxahlıq edib:

"2 həftə əvvəl boşanmaq üçün rəsmi olaraq müraciət etdim. Hazırda boşanma prosesi tam olaraq başa çatmamışdır. Mən hələ də rəsmi qurumun cavabını gözləyirəm. Belə həssas günlərdə bu mövzu ilə gündəmə gəlmək istəməzdim, məndən asılı olmayaraq səbəblərdən belə olub. Buna görə də Azərbaycan xalqından üzr istəyirəm”. (azxeber.com)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR