"Uğurun əsas sirri ətrafdakıların fikrindən asılı olmayaraq özünə inanmaqdır" -

Bu dəfəki həmsöhbətimiz gənc şairə, ilk şeirlər kitabı yeni işıq üzü görən Aysel Ağazadədir.

Metbuat.az həmin müsahibəni təqdim edir:

İlk kitabınızı dərc etdirmək qərarına necə gəldiniz?

Yazdığım şeirləri insanlarla paylaşmaq həmişə mənim arzum idi. İlk öncə şeirlərimi sosial şəbəkədə paylaşırdım, gördüm ki, şeirlərim ailəm və yaxın çevrəmdən başqa digər insanların da marağına səbəb oldu, bundan sonra kitab haqqında düşünməyə başladım. Ailəmin mənim bu qərarı verməyimdə böyük təsiri oldu. İlk addım hər zaman önəmlidir deyə düşünürəm.

İlk şeirlərinizi nə vaxt yazmısınız, necə oldu ki, yaradıcılığa başladınız?

Uşaqlıq illərimdən şeir yazmağa başlamışam, ilk şeirimi 9 yaşımda yazmışam. Şeirlərimdə bəzən həyatımda yaşadığım anları, bəzən də qəlbimə toxunan insanların hekayələrini ifadə edirəm.

Azərbaycan ədəbi mühitindən daha çox hansı şairləri oxuyur və bəyənirsiniz?

Azərbaycan şairlərindən Cabir Novruz, Ramiz Rövşən, Bəxtiyar Vahabzadənin yaradıcılığını çox bəyənirəm. Şeirlərimi rus dilində yazdığıma görə, rus ədəbi mühitindən də sevdiyim şairlər var. Birinci sıralarda Yesenin və Puşkin olduğunu deyə bilərəm.

Siz yaradıcılıqda nəyi uğur adlandırırsınız?

Hal-hazırda çap etdirdiyim ilk kitabım mənim ücün ilk uğurdur və inanıram ki, bunun davamı olacaq. Məncə uğur fəaliyyətimlə insanların marağını cəlb etmək və yazdığım şeirlərdə qəlblərə toxuna bilməkdir.

Tənqidlə aranız necədir? Kimsə şeirinizi bəyənmədikdə ruhdan düşmürsünüz?

İnsanların düşüncələri fərqlidi və fikirlərə hörmətlə yanaşıram. Mənfi fikirlər məni ruhdan salmır, demotivasiya olmuram. Özümə inanıram. Düşünürəm ki, uğurun əsas mənbələrindən biri də odur ki, ətrafdakıların düşüncələrindən aslı olmayaraq insanın özunə inamı olsun. Fikirlərimi yazdığım şeirlərdə ifadə etmək mənə hüzur verir. Hər yazdığım şeirdə özümün yeni yönlərini kəşf edirəm və bu əhval ruhiyyəmi daimi pozitiv saxlayır.

Əksər yazıçılar əvvəlcə yaradıcılığa şeirlə başlayıblar, sonra nəsrə keçiblər. Necə düşünürsüz, bir gün sizdə də belə bir keçid olacaqmı?

Hal-hazırki fəaliyyətimə hələki nəsr daxil deyil. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə də özümü inkişaf etdirmək istəyirəm.

Sizcə əsl şeir necə olmalıdır?

Öz yazdığım şeirlərin nümunəsində sizə fikrimi ifadə edə bilərəm. Şeir yazdığım zaman hər sətir mənim üçün böyük əhəmiyyət daşıyır. Hər fikir emosiyalarla doludur. Əgər müəllif öz fikirlərini şeirlərində oxuyucuya çatdıra bilirsə, mənə görə bu əsl şeirdi.

Son olaraq bir şeirinizi bizimlə bölüşərdiniz.

“Вдохновение соловья” şeiri sevdiyim şeirlərdən biridir ona görə sizlərlə bolüşmək istəyirəm:

Если красками рисуешь этот мир опять с нуля,

Опуская шторы тихо, будто спят твои друзья,

Нарисуешь дверь и окна, чтобы было где стучать,

Подойдёшь ещё к волокнам тихим следом соловья.

И камин, чтоб грелись души, может, будет суета.

Грохот молнии получше, чем ругание – пустота.

Подойдёшь ещё поближе, осень, тихая печаль.

Здесь объятия не нужны, мой очаг – твоя душа.

Если красками рисуешь этот мир опять с нуля,

Нарисуешь тихий ропот, где - то голос воробья

И ещё любви немного, чтоб сияли лишь глаза,

И камин, чтоб грелись души, может будет теплота.

Грохот молнии получше, ведь уже покой в душе.

Не любовь мне воспитатель, а душа моя сильна.

Нарисуй мне счастья голос, вдохновение соловья.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR