Azərbaycanda avtobus və taksi istifadəçilərinin sayı kəskin azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 986 801,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1% azdır.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarında avtobus nəqliyyatı ilə 1 569 611,1 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 40 129,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 39,6% azdır. Belə ki, 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 66 439,2 min nəfər istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR