UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

UEFA "Vilyarreal"la baş tutmayan matça görə "Qarabağ"a texniki məğlubiyyət verib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat verib. Qərarda Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan "Vilyarreal"la matçın ardından "Qarabağ"a texniki məğlubiyyət verildiyi açıqlanıb.

Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR