Azərbaycanda 17 yaşlı qızdan gözlənilməz əməl -

Ağdam rayonunda tələbə intihara cəhd edib.

Metbuat.az Publika.az-a istinadla xəbər verir ki, rayonun Kolqışlaq kənd sakini, 2003-cü il təvəllüdlü Qəmər Səmədova (ad və soyad şərtidir) özünü yaşadığı evin həyətindəki hində asıb. Yaxınları parçadan asılı vəziyyətdə qalmış qızı xilas edərək xəstəxanaya çatdırıblar.

İlkin araşdırma zamanı məlum olub ki, 17 yaşlı Q.Səmədova Ağdam Sosial-İqtisad Kollecinin 3-cü kurs tələbəsidir. O, yanvarda keçiriləcək imtahandan keçə bilməmək qorxusu ilə həyatına qəsd etmək istədiyini deyib.

Araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR