DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı oldu -

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə Dövlət bayrağı qaldırılıb və Dövlət himni səsləndirilib.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Ulu Öndərin və Prezident cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar, Şuşa rayon idarəsinin müasir üslubda təmir edilən yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

Xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir və qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edib.

Dövlətimizin başçısı tərəfindən hüquq-mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev Suşa rayon idarəsinin inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd edib. Xidməti müşavirədə Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub.

Sonra tədbir iştirakçıları Şuşa şəhərində xidmət edən hərbçilər üçün məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzinin təşkil etdiyi konsert proqramına tamaşa ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR