Badamdarda 7.8 km uzunluğa malik küçə və yolda təmir işləri bitib - FOTO

.

Badamdar qəsəbəsi üzrə 1,2 və 3-cü yaşayış massivlərində 7.8 km uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.

Sərəncam və proqrama uyğun olaraq, Səbail rayonu Badamdar qəsəbəsinin 1-ci yaşayış massivində ümumi uzunluğu 2.9 km olan Vaqif Mustafazadə,Cənub, Mirzə Şəfi Vazeh və Natəvan küçələri, həmçinin Qəburstanlıq yolunda, 2-ci yaşayış massivində ümumi uzunluğu 2.4 km olan Bağlar döngəsi, 2 və 9-cu döngələr, həmçinin 4,5 və 11-ci küçələr, 3-cü yaşayış massivində isə ümumi uzunluğu 2.5 km olan 26, 28, 30, 32 və 33-cü küçələrdə aparılan təmir işləri yekunlaşıb.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülüb və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yol əsası hazırlanıb. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail rayonunda ümumi uzunluğu 6 km olan 7 küçədə təmir işləri aparılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR