Pensiyalarla bağlı

Bu il sosial müdafiə istiqamətində ayrılan vəsaitin həcmi əvvəlki ildən çoxdur.

Metbuat.az Trend-ə istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Babayev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.

Nazir vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətindən proritet istiqamətlərdən birini təşkil edib. Nazirin sözlərinə görə, Fondun xərclərinin 95 faizi əhaliyə ödənişlərin payına düşür.

S.Babayev bildirib ki, növbəti ildə əmək pensiyaların orta məbləği 338 manat, yaşa görə peniyaların məbləği isə 370 manat təşkil edəcək. Bu rəqəmlər bu ilin göstəricilərin 13 faiz çoxdur.

Nazir qeyd edib ki, növbəti illərdə də pensiyaların indeksasiyası davam edəcək ki, bu da pensiyaların artımına öz təsirini göstərəcək. Onun sözlərinə görə, Azərbaycanda pensiyaların gələn il 10 faiz indeksasiyasının aparılması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR