Putin bizə kömək etsin -

Ermənistanda Yanvarın 5-də itkin düşmüş hərbçilərin valideynləri hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər.

Metbuat.az-ın məlumatına görə uzun müddətdir itkin düşən hərbçilərin yaxınları etiraz aksiyaları keçirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan onları vaxtaşırı qəbul edir, lakin onun qeyri-müəyyən cavabları etirazçıları qane etmir.

Bu məqsədlə də etirazçılar Rusiya Prezidenti Vladimir Putinə oğullarını tapmaq istəyi ilə məktub da göndəriblər.

Qeyd edək ki, 5 yanvarda Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan 27 sentyabr - 9 noyabr 2020-ci il tarixlərində Qarabağdakı müharibə zamanı hərbi itkilərlə bağlı yeni məlumatları açıqlayıb. Ümumilikdə, 4 yanvar tarixinə kimi 1184 cəsəd tapılıb. Müharibənin başlanğıcından bu günə qədər Ermənistanda məhkəmə ekspertləri 3360 hərbçinin cəsədlərini və qalıqlarını, habelə 2500-dən çox məhkəmə genetik araşdırmasını araşdırılıb.

Mənbə:News.arm


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR