Rusiyada son sutkada 454 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 23 652 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 3 355 794 nəfərə çatıb.

Son sutka ərzində 454 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 60 911 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR