Paşinyanın qarşısına ŞƏRT QOYULDU:

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan “Zvartnots” hava limanına getməyi və Moskvaya uçmağı bacarıb.

Metbuat.az xəbər verir ki, bu barədə Paşinyanın səfərinə qarşı keçirilən etiraz aksiyasının iştrakçılarından biri deyib.

Onun sözlərinə görə, baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq.

"Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq", - deyə aksiya iştirakçıları bildiriblər.

Bundan sonra müxalifət etiraz aksiyasını başa çatdırıb və hava limanına gedən yol açılıb.

Xatırladaq ki, müxalifət Ermənistanın hökumət başçısının Rusiya və Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq məqsədilə Moskvaya səfərinin qarşısını almaq üçün səhər saatlarında aksiya təşkil edib.(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR