Vətən müharibəsindən geri dönən əsgərə gözəl sürpriz -

Sosial şəbəkələrdə hər kəsi kövrəldən, eyni zamanda qürurlandıran paylaşım yer alıb.

Metbuat.az xəbər verir ki, Vətən müharibəsində iştirak edərək tərxis olunan əsgər Xəyal Kərimov nişanlanıb.

Onun nişanı isə hər kəsdən fərqli mühitdə, elə xidmətdən geri dönərkən küçədə baş tutub.

Məlum olub ki, əsgərin anası "Əhd etmişdim, oğlum sağ-salamat geri dönsün, onu maşından düşən kimi nişanlayacağam" deyib və sözünə sadiq qalaraq bu nişan mərasimini, elə dediyi kimi, küçədə reallaşdırıb.

Ətraflı süjeti təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR