x
Loading...
.

Ağakərim tanınmaz halda - Ayaqlarında problem var, gəzə bilmir - VİDEO

.

ARB TV-də yayımlanan "Həmin Zaur" proqramında uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin görüntüsü yayımlanıb.

Metbuat.az xəbər verir ki, meyxana ustadının ailəsi sənətçinin son görüntülərinin yayımlanmasına razılıq verməyiblər və onun ötən ilin may ayında ad günündə çəkilmiş kadrı təqdim ediblər.

Meyxanaçının oğlu Kamil atasının yataq xəstəsi olduğunu bildirib:

"Həkimlər deyir ki, sağalmasına ümid var. Ümümilikdə, 4 ildir xəstəlikdən əziyyət çəkir, 1 ildən çoxdur ki, yataqdadır. Ətraf mühitlə əlaqəsi yaxşıdır. İnsanları tanıyır, yaxşıdır. Huşu da yerindədir. Bir az ayaqlarında problem var. Ona görə də gəzə bilmir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR