Mehri yaxınlığında partlayış: İki erməni yaralandı

.

Ermənistanın cənubunda, Sünik (Zəngəzur) istiqamətində Qarabağ müharibəsində ölənlərin cəsədlərinin axtarışı zamanı mina partlayıb olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə Mehri bölgəsində cəsədlərin axtarışı zamanı baş verib. Partlayış nəticəsində iki xilasedici yaralanıb.

FHN-nin kapitanı Artem Şahnazaryan və yanğınsöndürən Aram Navasardyana Mehridəki tibb mərkəzində ilkin yardım göstərilib, daha sonra onlar Qafana xəstəxanaya aparılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR