Putindən Navalnının hazırladığı filmə

Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının onun haqqında hazırladığı “Putin üçün saray” filmində bəhs etdiyi Gelencikdəki sarayın özünə və yaxınlarına aid olmadığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Putin bu barədə “Tatyanin den” münasibətilə tələbələrlə keçirilən videokonfrans zamanı bildirib.

“Orada mənim mülküm olaraq göstərilən heç bir şey, nə mən, nə də yaxın qohumlarıma aiddir və heç vaxt olmayıb”,- deyə Putin qeyd edib.

Dövlət başçısı hesab edir ki, bloqqerin Gelencikdəki “saray” ilə bağlı şayiələri Rusiya vətəndaşlarının beynini yumaq məqsədi daşıyır: “Bu məlumatlar artıq 10 ildən çoxdur ki, dövriyyəyə buraxılıb. İndi isə əlverişli bir fürsət üçün hər şeyi bir yerə yığıblar və bütün bu materiallarla vətəndaşlarımızın beynini yumağa çalışırlar, internetə filmlər, video proqramlar buraxıblar”.

"Mən bu filmi sadəcə bu cür məlumatlara baxmaq üçün boş vaxtım olmadığına görə izləməmişəm, ancaq köməkçilərimin mənə gətirdiyi videoları nəzərdən keçirmişəm. Sualınıza dərhal cavab vermək istəyirəm. Orada mənim əmlakım kimi göstərilən heç bir şey nə mən, nə də yaxın qohumlarıma aiddir və heç vaxt da olmayıb. Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün rahat vaxt tapıblar".

Qeyd edək ki, Aleksey Navalnının həbsindən 1 gün sonra onun "YouTube" kanalında Rusiya Prezidenti Vladimir Putin və yaxın ətrafının malikanəsi barədə 2 saatlıq sənədli film yayımlanıb. Həmin video qısa zamanda milyonlarla baxış gətirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR