SENSASİYON QALMAQAL:

Ermənistanda Metsamor meyitxanasının yaxınlığında “Spayka” şirkətinə məxsus, park edilmiş mobil soyuducular qalmaqala səbəb olub.

Metbuat.az xəbər verir ki, həmin soyuducularda Qarabağda öldürülən erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşib.

Metsamor sakinlərinin dediklərinə görə, müharibədə iştirak edən, cəsədləri hələ müəyyənləşdirilməyən hərbi qulluqçuların qalıqları səyyar soyuducularda saxlanılır.“Hərbçilərin qalıqlarının saxlanıldığı Metsamor morqunun yaxınlığında “Spayka” şirkətinin loqosu olan soyuducular yerləşdirilib. Bununla bağlı vətəndaşlardan həyəcanlı siqnallar daxil olur. Qeyd edilir ki, müharibədə iştirak edən və şəxsiyyəti məlum olmayan əsgərlərin qalıqları Metsamor meyitxanasında çoxaldığı üçün soyuducular gətirilib”, - deyə məlumatda qeyd olunub.



Ermənilər bildirirlər ki, cəsədlərin artması ilə əlaqədar səyyar soyuducu maşınlarına ehtiyac yaranıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR