Tarif Şurasının üzvləri kimlərdir? -

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən – 31 yanvarda verdiyi qərarla yenidən ölkə gündəminə gəldi. Şuranın iclasında suyun qiymətlərinə baxılaraq, onun qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı.

Millət vəkili Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında Tarif Şurasının ləğv edilməsini təklif edib və qurumu sərt tənqid edib:

"Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var. Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi".

Metbuat.az azxeber.com-a istinadən Tarif Şurasının tərkibini təqdim edir:

Şuranın üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini - Azər Bayramov

Azərbaycan Respublikası vergilər nazirinin müavini - Sahir Məmmədxanov

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Toğrul Musayev

Azərbaycan Respublikası energetika nazirinin müavini - Gülməmməd Cavadov

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini - Əli Abdullayev

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini - Elsevər Ağayev

Azərbaycan Respublikası təhsil nazirinin müavini - Firudin Qurbanov

Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - Anar Əliyev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr müavini - İsmayil Hüseynov

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR