Ermənilər bu gün Qarabağda meyit axtarmayacaq -

Erməni tərəfi Qarabağda həlak olmuş hərbçilərin meyitlərinin qalıqlarını bu gün axtarmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə erməni tərəfi məlumat yayıb.

Məlumata görə, buna səbəb Azərbaycan Ordusunun həmin ərazilərdə yenidən yerləşdirilməsi, yəni peredislokasiyasının həyata keçirilməsidir.

Qeyd edək ki, ermənilər ötən gün də axtarış-xilasetmə əməliyyatı həyata keçirirə bilməyiblər. Buna isə Rusiya sülhməramlı kontingentində dəyişiklik olması səbəb olmuşdu.

Axtarış-xilasetmə əməliyyatının sabah aparılacağı bildirilir.(Teleqraf)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR