İtkin düşmüş erməni əsgərlərin valideynləri yenə

Ermənistanda itkin düşən əsgərlərin yaxınları etiraz əlaməti olaraq avtomobil yolunu bağlayıblar.

Metbuat.az xəbər verir ki, Armavir-Gümrü-Ercan yolunu bağlayan etirazçılara Qarabağda ölən və əsir götürlən hərbçilərin valideynləri də qoşulublar.

Əsgərlərdən birinin atası Tiqran Adoyan deyib ki, bütün səlahiyyətli strukturlara müraciət ediblər, amma heç kim onlara kömək etmir:

“Heç kim oğlanlarımızın geri qaytarılması məsələsi ilə məşğul olmur".
Valideynlər övladlarının öldürülməməsi, əsir götürülməsi barədə məlumatlara sahib olduqlarını iddia edirlər.

Qeyd edək ki, Ermənistanda belə aksiyalar mütəmadi olaraq keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR