x
Loading...

Aratunyan barədə YENİ İDDİA - Hadrutla bağlı yayılan SAXTA videoda nə əks olunmuşdu?

.

Özünü Hadrutun “mer”i kimi təqdim edən, qondarma rejim qalıqlarının nümayəndəsi Vaqan Savadyan şəhərin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsinə dair bir sıra fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, Savadyan erməni jurnalist Roman Baqdasaryana verdiyi müsahibədə bildirib ki, Azərbaycan Ordusunun Hadrut əməliyyatını başlatmasından bir neçə gün sonra şəhərdə olan bütün imkanlı şəxslər və Arayik Arutyunyanın bütün dostları şəhərdən qaçıblar.

Qondarma “mer” qeyd edib ki, 27 sentyabrdan etibarən A.Arutyunyan ondan şəhərdə nəyə ehtiyac olub- olmadığını soruşmayıb. Hadrut əməliyyatı davam edərkən isə Araikin mətbuat katibi Vağram Poqosyan Saadyana zəng edərək guya şəhərin ermənilərin əlində olduğu barədə saxta videoreportaj çəkməsini istəyib. O, separatçı rejimi döyüşlər dövründə populizm və teatr şoularından başqa heç nə etməməkdə təqsirləndirib.

Savadyanın sözlərinə görə, 32 illik işğal dönəmində Hadrutda insanlar üçün demək olar ki, heç bir şey edilməyib, bir uşaq meydançası belə tikilməyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilən Hadrut 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-əməliyyat hücumu nəticəsində azad edilib. Bundan sonra sosial şəbəkələrin erməni seqmentində müxtəlif videolar yayılaraq şəhərin düşmənin əlində olduğu iddia olunurdu.(Qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR