x
Loading...
.

''HRPARAK'' AÇIQLADI - Ermənistan bu ərazidə hava limanı tikir

.

Ermənistan Parlamentinin üzvü Ovik Ağazaryan, Sevan (Göyçə) gölünün turizm potensialından istifadə ilə bağlı yeni təklifklər verib.

Metbuat.az-ın məlumatına görə hakim "Mənim addımım" parlament fraksiyasının nümayəndəsi Ovik Ağazaryan Göyçədə (Sevan) kiçik bir hava limanının tikilməsini təklif edib.

Bu barədə geniş məlumatı ''Hraparak'' qəzeti yazaraq bildirir ki, hava limanının tikintisi xüsusilə turizmin inkişafına töhfə verəcək.

"Biz Sevanın imkanlarından kifayət qədər səmərəli istifadə etmirik. İl ərzində 2-3 ay istifadə ilə o sahədə turizmi inkişaf etdirmək yetərli deyildir.Qış fəslinə uyunlaşdırılmış otellərin tikilməs il boyu turizm üçün yaxşı bir fürsət ola bilər." deyə O.Ağazaryan bildirib.

Qeyd edək ki, Ermənistanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 75,5% azalıb. Bu il Ermənistanı 327 min 735 nəfər ziyarət edib .

Dünya Turizm Təşkilatının məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında turizm sektorundakı azalma 72% təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 900 milyon az insan səyahət edib.

Mənbə:Spuntik Armenia


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR