Aşağı büdcəli şirkət "AnadoluJet" Bakı-İstanbul uçuşlarına başlayır

Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamətlərində müntəzəm uçuşlara başlayacaq.

Metbuat.az aviaşirkətə istinadən xəbər verir ki, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR