Müdafiə Naziri AÇIQLADI:

Tayvana yeni təyin olunmuş Müdafiə Naziri Chiu Go-Chen Çinin müharibəyə başlayacağını istisna etməyib.

Metbuat.az xəbər verir ki, jurnalistlər millət vəkilindən Çinin Tayvana hücum edib-etməyəcəyini soruşduqda o belə cavab verib.

"Onlar müharibə etməyə qadirdirlər. Mənim düşüncəm həmişə hazır olmaqdır'' - deyib.

Müdafiə nazirinin dediyinə görə, Tayvan Cənubi Çin dənizindəki əsas adası olan İtu Abadada şəxsi heyyəti və silah sayını artırıb.

Nazir qeyd edib ki, Tayvan bölgədəki mövqeyini Çinin "ekspansionizmi" səbəbindən möhkəmləndirməyə başlayıb.

Chiu Go-Chen xüsusilə vurğulayıb ki, ABŞ-Tayvanın keçən il inşasına başladığı sualtı donanmasına aid ehtiyac duyduğu bütün avadanlıqların ixracat icazələrini təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR