Erməni nazirin döydüyü jurnalist:

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib.

Metbuat.az news.am-a istinadən xəbər verir ki, Fahradyan hadisə barədə özünün feysbuk səhifəsində belə yazıb:

“Hadisə Yerevandakı kafelərin birində baş verib. Mən nazirin iş vaxtını kafedə keçirdiyini görəndə ona yaxınlaşaraq, iş vaxtı nə üçün kafedə olduğunu soruşdum. Arşakyan cavabında dedi ki, o, 24 saat işləyir və ümumiyyətlə onun digər işlər üçün vaxtı yoxdur. Bundan sonra o, kameranı söndürməyimi istədi.

Kameranı söndürdükdən sonra nazir dedi ki, bu günü unutmayacaq. O, məni təhdid etməyə başladı. Mən isə ona cavab olaraq bildirdim ki, nazir olması o demək deyil ki, mənimlə istədiyi tonda danışa bilər.

Daha sonra kompüterimlə işləmək üçün yuxarı mərtəbəyə qalxdım. Arşakyan da arxamca qalxıb mənə hücum çəkdi. Əlim zədələnib, kompüterimə zərbə vurduğundan işləmir. Masanın üstündəki telefonum da xarab olub”.

Qeyd edək ki, faktla bağlı olaraq Ermənistanın Baş Prokurorluğu Xüsusi İstintaq Xidmətinə məlumat yollayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR