“YouTube” videohostinq xidməti ABŞ-da “TikTok”un analoqunu istifadəyə verib

Populyar "YouTube" videohostinq xidməti ABŞ-da "TikTok"un analoqunu istifadəyə verib. Artıq "Shorts" adlandırılmış yeni xidmətdə amerikalı istifadəçilər öz qısamüddətli videolarını dərc edə bilərlər.

Metbuat.az "ICTnews"-a istinadən xəbər verir ki, yeni xidmətdə smartfondan məzmunu rahat izləmək üçün istifadəçilərə videonu şaquli formatda hazırlamaq imkanı yaradılıb. Həmçinin "Shorts" xidmətində videoya xüsusi effektlər və musiqi tətbiq etmək mümkündür. "YouTube"un nümayəndələrinin sözlərinə görə, xidmətin beta-versiyası yaxın bir neçə həftə ərzində ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq.

"Shorts" xidməti ilk öncə hələ ötən il Hindistanda təqdim edilib. Şirkətin məlumatına görə, hazırda "Shorts" xidmətinin gündəlik baxış göstəricisi 6,5 milyarda bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR