SON DƏQİQƏ: Neft zavodu bombalandı -

Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan bölgəsinə raket zərbələri endirilib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, mərmilərdən biri neft zavoduna və terminala tuş gəlib. Nəticədə ərazidə şiddətli partlayışlar baş verib. Yanğın davam edir. Tələfat barədə məlumat yoxdur.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, raketlərin Yəməndəki Husi üsyançıları tərəfindən atıldığı bildirilir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR