Yaponiyada dəhşətli partlayış:

Yaponiyanın Kaqoşima əyalətindəki Otake vulkanında şiddətli partlayış baş verib.

Metbuat.az xəbər verir ki, partlayışın təsirindən qaya parçaları bir kilometr ətrafa səpələnib. Hadisə zamanı tələfat qeydə alınmayıb. Ətrafda ciddi fəsadlar yaranıb. Yerli dairələr növbəti partlayışlar barədə xəbərdarlıq edib. Əhaliyə ərazidən 2 kilometr uzaqlaşmaq tövsiyyə edilib. İnsanların təxliyə edilməsi üçün işlər davam edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR