Regionun nəqliyyat xəritəsi dəyişir - İrandan 400 milyard dollarlıq HƏMLƏ

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzinin birlikdə hazırladığı layihənin bu dəfə ki, mövzusu “Çin və “Bir kəmər, bir yol”-dur.

“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov ilə olan müsahibəmizi təqdim edirik:



- Samir bəy, bildiyiniz kimi Çin İranla 25 illik tarixi müqavilə imzaladı. Müqaviləyə əsasən, Çin İran iqtisadiyyatına 400 milyard dollar sərmayə qoymaqla 25 il ərzində İrandan ucuz neft alacaqdır. Çinin Xarici İşlər naziri Van İ və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında imzalan bu müqavilə əsasən hansı sahələri əhatə edir?

“Öncə onu qeyd etmək lazımdır ki, Çin və İran arasında uzun illəri əhatə edən qarşılıqlı strateji əməkdaşlıq mövcuddur. Məhz buna görədir ki, zaman-zaman Çin və İran arasında bəzi sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni və hərbi sahədə müəyyən əməkdaşlıq mövcud olub. Nəzərə alsaq ki, Çin İranın iqtisadiyyatına, xüsusilə də neft sektoruna 2015-ci ildə Çin və İran arasında imzalanmış müqaviləyə əsasən 1 trilliyon dollara qədər sərmayə qoymağı öhdəsinə götürüb, o zaman son günlər tərəflər arasında imzalanmış müqavilə əvvəlki müqavilələrin bir az genişləndirilmiş forması kimi qəbul edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Çin İranda hərbi baza yaratmaq istəyir ki, bu da İrana əlavə təhlükəsizlk imkanı yaradır”.

Iran set to sign 25-year 'strategic accord' with China during FM's visit | The Times of Israel

- ABŞ-ın sanksiyalarından uzun müddətdir iflic hala düşən İran iqtisadiyyatı bu müqavilə ilə xilas ola bilərmi?

“İran iqtisadiyyatı artıq 40 ilə yaxındır bu təziqlər və sanksiyalar altındadır. Təbii ki, Çinlə olan əlaqələri İran iqtisadiyyatını tamamilə məhv olmaq təhlükəsindən qorumuş oldu. Hesab edirəm ki, İranın Çinlə əlaqələri genişləndirməsi, bir tərəfdən ABŞ-dan özünü qorumaq siyasətini təmin etsə də, digər tərəfdən Çinin İran üzərində təsir dairəsini artırmış olacaq”.

- 25 illik belə bir müqavilənin imzalanması Çin və İranın siyasi sularında ABŞ qasırğası yarada bilərmi? Yoxsa tərəflər arasında yeni soyuq müharibə ab-havasımı başlayır?

“Çin və ABŞ arasında soyuq müharibə artıq uzun müddətdir ki, başlayıb. Sadəcə son zamanlar tərəflər arasında “Soyuq müharibə” anlayışı daha qabarıq şəkildə görünməyə başlayıb. Xüsusilə də tərəflər arasında regiona gedən mövqe savaşını qeyd etmək olar. ABŞ və Çin arasında son 10 ildə təkcə regional deyil, eyni zamanda qlobal müstəvidə də gedir”.

China's master plan to dominate global trade | one belt one road | by Trending topics hub | Medium

- Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsi dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb ola bilər? Bu layihənin siyasi əhəmiyyəti barədə düşüncələriniz nədir?

““Bir kəmər, bir yol” layihəsi prinsip etibarı ilə dünya da yalnız iqtisadi deyil, siyasi baxımdan da böyük dəyişikliklər yaratmaq imkanına malik layihə hesab olunur. Əgər Çin bu layihəni reallaşdıra bilsə, o zaman ABŞ-ın nüfuz dairəsində olan dövlətlərin Çinə istiqamət aldığının şahidi ola bilərik ki, bu da gələcəkdə Qlobal güc mərkəzinin Qərbdən Şərqə istiqamətlənməsinə imkan yaradacaqdır.

Nəzərə alsaq ki, layihə 4 triliyon dollardan artıq olmaqla yanaşı 65 dən çox ölkəni əhatə edir, o zaman Çinin uzun müddətli strategiya qurduğunu demək mümkündür“.

Böyük İpək Yolu”nun 6 marşrutu – biri Azərbaycan

- Bildiyimiz kimi, Azərbaycan bu layihə çərçivəsində tarixi ipək yolunu realllığa qovuşduracaqdır. Hazırda bunun üçün infrastruktur işləri hansı mərhələdədir?

“ Azərbaycanın digər dövlətlərdən fərqi ondadır ki, layihəyə qoyulacaq sərmayənin böyük hissəsini öz hesabına təmin edib. Həmçinin Azərbaycanın layihəyə qoşulması üçün infrastrukturunun böyük hissəsi hazır vəziyyətdədir.

Ələt beynəlxalq limanı, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin hazır olması Azərbaycanın bu məsələdə üstünlüyü kimi qəbul edilə bilər. Bu layhənin hazır olmasından sonra Azərbaycan məhsulları dünya bazarlarına daha rahat şəkildə çıxarıla bilər. Eyni zamanda Azərbaycan burada tranzit ölkə rolunu oynayır”.

TURKEY CHINA RELATIONS

- Türkiyə üçün bu layihədə Çin ilə əməkdaşlıq nə vəd edir?

“Türkiyə bütün dünyada regional güc kimi qəbul edilir. Türkiyəni 20 il əvvəlki vəziyyəti ilə müqayisə etsək, fərqləri açıq şəkildə görə bilərik. Fikrimcə iqtisadi baxımdan kifayət qədər güclənmiş Türkiyə üçün Çin-in yaxud ABŞ-ın olması o qədər də önəmli deyil. Əksinə Çinin bu layihəni gerçəkləşdirməsi üçün Türkiyəyə ehtiyacı var”.

- Zəngəzur dəhlizi Çin-İran müqaviləsindən sonra hansı qayda və şərtlərlə açıla bilər? Mexanizmi necə olacaq?

“Zəngəzur dəhlizi əsasən Azərbaycan və Türkiyə üçün önəmlidir. Yəni digər dövlətlər üçün bu dəhlizin o qədər də önəmi yoxdur. Bəli, bu dəhlizdən İran və digər dövlətlər də faydalana bilər. İran üçün bu dəhlizin faydası ondan ibarət ola bilər ki, dəhliz vasitəsilə İran öz bazarını genişləndirə bilər.

Mexanizim uzun müddətdir ki, işlənirdi. Sadəcə Qarabağ münaqişəsi imkan vermirdi. Fikrimcə qısa zamanda bu məsələ yenidən gündəmə gələ bilər. İran mövcud reallığa uymaqla dəhlizin açılmasına maraqlı olmalıdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı