"Qardaşlar" arasına necə qan düşdü? - Ukrayna tarixi ədavətə qurban getdi

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmizin bu dəfə ki, mövzusu ''Ukrayna və Rusiya arasında yaranmış son durumun səbəbi''- dir. “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl şərhini oxuya bilərsiniz.

Son günlər Ukrayna və Rusiya arasında gərginləşməkdə olan proseslər dünya medyasının daima diqqət mərkəzindədir. Əgər məsələyə geniş planda baxsaq, tərəflər arasında baş verən proseslərin yeni olmadığın, əksinə uzun müddətdir davam etdiyinin şahidi ola bilərik. Məsələnin daha dərindən öyrənmək üçün tərəflər arasına proseslərin nə zaman və necə başladığına fikir vermək lazımdır. Tərəflər arasında bu gün mövcud olan problemlərin ilk qığılcımı kimi 2003-cü ildə Moskvada Rusiya və Ukrayna arasında Kerç boğazı və Azov dənizinin bölüşdürülməsi qeyd etmək mümkündür.

Bundan başqa, 2003-cü ildə Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın dəstəyi ilə Mixail Saakaşvili Gürcüstanda “Məxməri İnqilab”ın həyata keçirtdi və hakimiyyətə gəldi. Gürcüstanda baş vermiş proseslərdən məmnun qalan Qərb dövlətləri, xüsusilə də ABŞ növbəti addımı Ukraynada atmaq qərarın gəldi. 21 noyabr 2004-cü ildə Ukraynada prezident seçkiləri keçirildi.

Tiflisdə inqilab hazırlığı: Qərb hakimiyyəti dəyişir –

Rusiyayönümlü olması ilə tanınan Viktor Yanıkoviçin tərəfdarları liderlərini qalib elan etməsindən sonra Viktor Yuşenkonun tərəfdarları 2004-cü ilin noyabr-dekabr aylarında geniş miqyaslı kütləvi tətillərə, çıxışlara və mitinqlərə başladılar. Ukraynada baş tutmuş bu mitinqlərə “Narıncı İnqilab” adı verildi.

Viktor Yuşenko Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk ərazilərində seçkilərdə saxtakarlıq olduğunu bildirdi və tərəfdarlarını Kiyevdə meydanlara dəvət etdi. Bundan sonra Ukraynada uzunmüddət davam edəcək qeyri-stabillik dövrü başladı.

Uzun müddət davam edən mitinqlərdən sonra 10 yanvar 2005-ci ildə Ukraynada prezident seçkiləri keçrildi və Viktor Yuşenko 52% səslə seçkinin qalibi oldu. Viktor Yuşşenko üçün Qərbə inteqrasiya siyasəti dövlətin əsas prioritetlərindən hesab edilirdi. V. Yuşşenko Ukraynanın NATO-ya üzv olması üçün ciddi cəhdlə çalışırdı. Təbii ki, V. Yuşşenkonun bu siyasəti Rusiya tərəfindən ciddi narahatlıqla izlənilirdi.

Viktor Yuşşenko — Vikipediya

2005-2010-cu illərdə Ukraynada Qərbyönümü ilə seçilən hakimiyyət formalaşdı. Təbii ki, bu dövrdə də Ukraynada daxili siyasi və iqtisadi vəziyyət gərgin olaraq davam etdi. Həmin, yəni, 2006-2007-ci illərdə Ukraynada baş nazir səlahiyyətlərini Viktor Yanıkoviç icra etməyə başladı. O, baş nazir olduğu müddətdə Brüsselə səfər etdi və həmin səfər çərçivəsində keçirdiyi görüşlər zamanı bildirdi ki, Ukrayna NATO-ya daxil olmağa hazır deyil.

Ekspertlərin fikrincə V. Yanıkoviçin atdığı bu addımın arxasında Rusiyanın dəstəyi dayanır. 2010-c ildə keçrilən seçkilərdə isə Regionlar partiyasının sədri və rusyönümlü olması ilə seçilən Viktor Yanıkoviç 49 % səslə ikinci turda qalib oldu və səlahiyyətlərinin icrasına başladı. Təbii ki, onun dövründə də Ukraynada vəziyyət normallaşa bilmədi. Rusiyanın Viktor Yanıkoviçə dəstək verməsinə baxmayaraq iqtisadi çətinliklər getdikcə artmağa başladı.

Ukraynada gün-gündən əhalinin vəziyyəti ağırlaşmağa başladı və prezident Viktor Yanıkoviçə qarşı narazılıq daha da böyüdü. Ölkədə vəziyyətin ağırlaşdığını görən Viktor Yanıkoviç 22 fevral 2014-cü ilə qədər prezident kimi fəaliyyətini davam etdirdi və 22 fevral 2014-cü ildə Ukraynadan qaçdı. Ukrayna ali radası onun prezidentlik səlahiyyətlərini ləğv etdi. Viktor Yanıkoviçin ölkədən qaçmasıdan sonra 23 fevral 2014-cü ildən etibarən prezidentlik səlahiyyətlərinin icrasını müvəqqəti olaraq Aleksandr Turçinov icra etməyə başladı və 7 iyun 2014-cü ilə qədər bu səlahiyyəti icra etdi.

Viktor Yanıkoviçin hakimiyyətdən qaçmasından sonra Ukraynada vəziyyət ağırlaşmağa başladı. Rusiya Ukraynadakı daxili qeyri-sabitlikdən “məharətlə” istifadə etməyi bacardı. Bu hadisədən qısa zaman sonra Rusiya Ukraynanın Krım yarımadasını özünə birləşdirmək məqsədi ilə hərəkətə keçdi və adaya hərbi müdaxilə etdi. 18 mart 2014-cü ildə Rusiya Ukraynanın beynəlxalq ictimayət tərəfindən qəbul edilmiş Krım yarımadasını ilhaq etdi. Uraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsindən iki ay sonra, yəni 2014-cü ilin aprel ayının sonlarında Rusiyanın dəstəklədiyi separatçı qüvvələr tərəfindən qondarma Donetsk və Luqansk Xalq respublikaları yaradıldı və may ayında keçirilən saxta referendumla öz müstəqilliklərini təsdiq etdilər.

Petro Poroşenko Volkerin istefasını şərh edib

Ukraynada keçirilmiş prezident seçkiləri nəticəsində qalib olmuş Petro Poroşenko 7iyun 2014-cü ildə prezident kimi fəaliyyətə başladı. Petro Poroşenko hakimiyyətə gələndə artıq Ukraynanın Krım yarımadası Rusiya tərəfindən ilhaq edilmiş, Donetsk və Luqansk vilayətlərində separatçı rejimlər formalaşdırılmışdır. 2014-cü ildən başlayaraq Rusiyanın dəstəklədiyi Donetsk və Luqansk separatçı rejimləri ilə Ukrayna arasında vəziyyət daima gərgin olaraq qalmaqdadır. Bu gərginlik təkcə Ukrayna ilə separatçı rejimlər arasında deyil, eyni zamanda Ukrayna və Rusiya arasında da davam edir.

Əksər ekspertlərin fikrincə, Rusiyanın Ukraynaya qarşı atdığı bu addımların arxasında duran əsa faktor Ukraynanın Qərbə inteqrasiya prosesinin qarşısını almaq idi. 2014-cü ilin iyun ayında Fransanın Normandiya əyalətində Ukraynada vəziyyətin nizamlanması məqsədi ilə Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri arasında dördlük formatında görüş keçrildi. Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri arasında keçrilmiş Normandiya formatındakı görüşdə Donbass regionunda baş vermiş qarşıdurmanın nəticələrinin müzakirəsi və regionda yaranmış böhranın Ukrayna iqtisadiyyatına necə təsir edəcəyi əsas müzakirə mövzularından oldu. Bu görüşün davamı olaraq 11-12 fevral 2015-ci ildə Belarusiyanın paytaxtı Minsk şəhərində 17 saat davam etdi. Dördlük formatda keçrilmiş görüşdə Donbasa aid Normandiya bəyannaməsi və Minsk protokolunun icrası məqsədi ilə bəzi addımlar atıldı.

Больше 12 часов продолжается саммит по Украине в Минске — Российская газета

Yeni prezident Petro poroşenko 2014-2019-cu illərdə Ukraynın Qərbyönümlü siyasətini davam etdirdi. Buna baxmayaraq, Ukraynada daxili siyasi və iqtisadi vəziyyət normallaşmadı. Qərb dövlətləri Rusiya qarşısında Ukraynaya lazımı dəstəyi vermədi. Ukrayna demək olar ki, təkbaşına qaldı. Həmin dövrdə də Ukrayna və separatçı rejimlər arasında daima qarşıdurma və gərginlik davam etmişdir. Yeni Ukrayna prezidenti Petro Poroşenko Ukraynanı iqtisadi və siyasi krizdən çıxara bilmədi. Ukraynada hələdə qalmaqda olan rusyönümlü qüvvələr daima Ukraynanın Qərbə inteqrasiyasına qarşı olduqlarını bildirməkdən çəkinmirlər.

20 may 2019-cu ildə Ukrayna yeni prezident seçkilərinə getdi. Ukraynada keçrilmiş seçkilərdə tanınmış aktyor və şomen Vladimir Zelenski qalib oldu və Ukraynanın 6-cı prezidenti seçildi. Vladimir Zeleniski hakimiyyətə gəldikdən sonra Ukraynanın Rusiyaya qarşı mövqeyi daha da sərtləşdi və Ukrayna Rusiyadan Krımı geri qaytarmağı, həmçinin separatçı Donetsk və Luqansk rejimlərə dəstək verməyi dayandırmağı tələb etməyə başladı.

Vladimir Zelenski Donetskə getdi | Report.az

Rusiya isə Ukraynaya yalnız federasiya idarəetmə formasını təklif etməyə başladı. 2020-ci ilin noyabr ayında ABŞ-da keçrilmiş seçkilərdə Co Bayden qalib oldu və 2021-ci ilin 21 yanvar tarixində səlahiyyətlərinin icrasına başladı. C. Bayden səlahiyyətlərinin icrasına başlayarkən ilk açıqlamasında bildirdi ki, Rusiyaya qarşı sərt mövqedə olacaq. Hətta bu məsələdə Ukraynaya ciddi dəstək verəcəyini də bildirdi. Görünən odur ki, son günlər Rusiyanın dəstək verdiyi seperatçı Donetsk və Luqansk rejimləri ilə Ukrayna arasında gərginliyin arxasında da məhz bu faktor dayanır. Ukrayna təkcə ABŞ-la deyil, eyni zamanda Türkiyə ilə də hərbi sahədə ciddi əməkdaşlıq edir. Nəhayət, Ukraynanın digər dəstək aldığı ölkə İngiltərədir. Görünən odur ki, regionda vəziyyət hər keçən gün bir az daha ağırlaşır. Tərəflər geriyə addım atmaq niyyətində olmadıqlarını açıq şəkildə bildirilər.

Hesab edirəm ki, Ukrayna və seperatçı rejimlər arasında qarşıdurmanın olacağı qaçılmazdır. Bu qarşıdurma Rusiya-Ukrayna müharibəsin dönmək ehtimalı az olsa da, amma var. Rusiya müharibədə birbaşa iştirak etməsə də, seperatçı rejimlərə dəstək verəcəyi şübhəsizdir. Son günlər ABŞ-ın Şərqi Avropa ölkələrindəki ordularının döyüş vəziyyətinə gətirilməsi, Ukraynanın hava məkanını NATO üçün açması, Baydenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon danışıqları və bu danışıqlar zamanı Baydenin Ukraynanı tək qoymayacaqları sözünü verməsi, Ukraynanın Türkiyədən 50-dən artıq Bayrakdar TB 2 pilotsuz uçan aparatı alması və s. məsələlər onu göstərir ki, regionda ciddi qarşıdura gözləniləndir. Fikrimcə bu qarşıdurma ABŞ-Rusiya yaxud NATO-Rusiya müstəvisinə keçməz. Təbii ki, bunun bir neçə səbəbi var. Bunlar:

Словакия заявила о поддержке Украины в ее стремлении в НАТО — Новости  политики, Новости Украины — EADaily

- NATO-nun üç dövlətinin (ABŞ, Fransa və İngiltərə) və Rusiyanın nüvə dövlətləri olması

- Həm ABŞ-ın, həm də Rusiyanın qitələrarası balistik raketlərə malik olmaları

- NATO-ya daxil olan dövlətlərin Rusiya ilə davam edən iqtisadi əlaqələri

- Nəhayət, regionda yarana biləcək müharibənin Avropanın təhlükəsizlik konsepsiyasına zidd olmasıdır.

Qərb dövlətləri Ukraynaya yardım etmək məqsədi ilə ata biləcəkləri ən mümkün addım Rusiya ilə ticarət-iqtisadi əlaqələrini azaltmaq və ona qarşı yeni sanksiyalar qəbul etməklə Rusiya iqtisadiyyatını zəiflədə bilərlər. Hesab edirəm ki, Kreml strateqləri Qərbdən onlara qarşı bu planın da olduğunu güman etmiş olarlar.

Hazırladı:Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı