Ərdoğan Putindən NARAZIDIR: Rusiya vədinə əməl etmir

"Rusiya artıq Türkiyənin Cənubi Qafqazda varlığını qəbul edib və ona görə də təminatçı ölkə kimi Türkiyə ilə danışıqların aparılmasına məcburdur. Bu deyilənləri nəzərə alaraq demək olar ki, regionun əsas problemləri məhz bu tərəflər arasında müzakirə edilir".

Bu açıqlamanı Metbuat.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov edib. Siyasi şərhçi deyir ki, Türkiyə və Rusiya prezidentləri arasında 5 may 2021-ci ildə baş tutmuş telefon danışığı da bu qəbildəndir.


"Tərəflər arasında aparılan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində ortaq razılıq əldə olunmadığı üçün mətbuata ümumi fikirlər söyləməklə kifayətləniblər, əks təqdirdə danışıqların detalları barədə geniş məlumat verilərdi.

İkincisi, Rusiya XİN başçısının açılamasından belə qənaətə gəlmək olar ki, “Zəngəzur dəhlizi”nin açılma məsələsinin uzadılmasında əsas maneəni məhz Rusiya tərəfi yaradır. Təbii ki, hər kəs yaxşı başa düşür ki, Rusiya məsələnin tam həllinə nail olmaq niyyətində deyil. Onun əsas məqsədi münaqişəni daha çox uzatmaqla regionda varlığını qorumaqdan ibarətdir.

Üçüncüsü, Rusiya XİN başçısının Ermənistandan birabaşa Azərbaycana deyil, Rusiyaya qayıdıb sonradan Azərbaycana gəlməsində əsas məqsədlərdən biri də Ermənistanda apardığı danışıqların detallarını Moskvada müzakirə edib sonra yekun nəticə ilə Azərbaycan gəlməkdən ibarətdir".

Ərdoğan və Putin arasında TELEFON DANIŞIĞI

Politoloq bildirdi ki, burada dördüncü məsələ, Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistana səfərindən bir gün öncə II Qarabağ savaşına qədər Hadrutda məskunlaşdırılmış erməni əhalinin Ermənistan XİN binası önündə nümayiş keçirərək bəzi sərsəm fikirlər səsləndirməsidir. Şikayətçilər öz "doğma Hadrut rayonundan başqa yerdə - nə Ermənistanda, nə də Dağlıq Qarabağın başqa rayonunda - yaşamaq istəmir, Hadrut rayonuna qayıtmaq" istəyirlər.

Samir Hümbətov qeyd etdi ki, bütün bu sadalananlardan belə qənaətə gəlmək olar ki, Ermənistan tərəfi Rusiyanın təziqi və təkidi ilə regionda vəziyyətin normallaşmasını istəmir. Ona görə də 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə üçtərəfli formatda imzalanmış müqavilənin şərtlərini yerinə yetirməyi müxtəlif bəhanələrlə uzatmağa çalışırlar.

Putin ve Paşinyan yarın Moskova'da biraraya geliyor | Agos

"Görünən odur ki, Ermənistanın atdığı bu addımlar Rusiyanın maraqlarına uyğundur və ona görə də bu məsələlərdə Rusiya Ermənistana təziq etmək niyyətində görünmür. Nəhayət, yaxın günlərdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Moskvaya səfəri nəzərdə tutulur. Güman edilir ki, Türkiyə XİN başçısının Moskvaya səfərində əsas müzakirə olunacaq mövzulardan biri də məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaqdır".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı