x
Loading...

"Qanuni oğru" Əli Heydərov niyə öldürüldü? - İki versiya AÇIQLANDI

.

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan "Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov fitness-klubda qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, azərbaycanlı kriminal avtoritetin qətli ilə əlaqədar müstəntiqlər iki versiyanı nəzərdən keçirir.

İlkin versiyaya görə, "Albert Rıjiy”ı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqələrinə görə ondan intiqam almaq məqsədilə öldürə bilərlər.

"Digər tərəfdən, "Albert Rıjiy”ı digər kriminal avtoritet "Lotu Quli”nin (Nadir Səlifov) gizli sifarişçisi hesab edə bilərlər. Hər iki "qanuni oğru” "Ded Xasan”ın (Aslan Usoyan) ölümündən sonra onun şəriki sayılmaq hüququ uğrunda bir-biri ilə düşmənçilik edirdilər. Bu düşmənçilik Səlifovun ölümündən sonra da səngimədi”, - deyə nəşrdə qeyd olunur.

(Qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR