ABŞ-a sərt xəbərdarlıq:

Çin ABŞ-ın Tayvanla rəsmi əlaqələr qurmağa cəhd etməsinə sərt münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Çin adminstrasiyası Vaşinqtona “odla oynamayın” sözləri ilə xəbərdarlıq edib. Bildirilib ki, ABŞ-ın Tayvanla əlaqələr qurmaq cəhdləri bölgədəki gərginliyi daha da artıracaq. Qeyd edək ki, iki gün əvvəl ABŞ-ın Dövlət Departamenti Çinin Tayvana təzyiq göstərməsini tənqid edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR