x
Loading...
.

Bakıda tuneldə DƏHŞƏTLİ QƏZA: Dövlət qurumunun əməkdaşı öldü - VİDEO

.

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

Metbuat.az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsilə yol kənarında köüpünün yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan "İveco" markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR