x
Loading...

Türkiyə yenidən silkələndi - ARD-ARDA ZƏLZƏLƏR

.

Egey dənizində 4,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Türkiyə vaxtilə dünən saat 22:49-da qeydə alınıb. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Xatırladaq ki, Türkiyənin Muğla vilayətində son günlər ərzində ard-arda bir neçə zəlzələ olub. (unikal.org)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR