Mingəçevirdə mənzildə qaz partlayışı olub yaralanan var.

Metbuat.az bildirir ki, hadisə bir qədər əvvəl baş verib.

Belə ki, hadisə Nəriman Nərimanov küçəsi 41 saylı yaşayış binasının 39-cu mənzilində baş verib. Vanna otağında qaz cihazı partlayıb.

Aidiyyatı qurum təmsilçiləri qapını açaraq köməksiz vəziyyətdə qalan 1984-cü il təvəllüd Məmmədova İlahə Məhəmməd qızını təhlükəsiz sahəyə çıxarıb və həkim briqadasına təhvil verib.

Yaralı koma vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yanğın və digər təhlükələrin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.(apa)