Sabah ictimai nəqliyyat işləyəcək?-

“İctimai nəqliyyat 8 və 16 may tarixlərində fəaliyyət göstərəcək”.

Bu barədə Metbuat.az-a BNA-nın mətbuat katibi Mais Ağayev açıqlama verərək bildirdi ki, şənbə günü olmasına baxmayaraq həftənin iş günüdür.

“Nazirlər Kabinetinin qərarına əsasən, bu günlər rəsmi iş günləri hesab edildiyindən həmin gün avtobusların fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmayacaqdır.

Eyni zamanda may ayının 16-da həftənin bazar gününə təsadüf etsə də, NK-nın qərarı ilə həmin gün rəsmi iş günü elan edilib. Bu baxımdan səhər saat 06.00-dan ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR