Türk dünyasının diqqəti Zəngəzurda -

İşğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb. Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşləşməsinə imkan verəcək. Naxçıvan ərazisində də 16 km-ə yaxın dəmiryolu xətti də bərpa ediləcək.

Bu fikirləri millət vəkili Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə Şərq- Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə Türk dünyasının birləşməsinə imkan verəcək.

Vüqar Bayramov: "Qarabağ ruhlar şəhərlərinə çevrilib" » Azərbaycanın xəbər  portalı - NEWS24.AZ

"Layihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu baxımdan, bu eyni zamanda tarixi bir hadisə olacaq. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasyaların bərpası prosesində geri-dönməzliyin təmin edilməsi baxımdan da vacibdir. Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür".

Türk dünyasının Zəngəzur dəhlizi - İki sahil

Vüqar Bayramov qeyd etdi ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi 10 noyabr tarixli birgə Bəyanatda təsbit edidiyindən daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu həmçinin bölgədə yeni düzənin formalaşdığından xəbər verir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR