Azərbaycan-Ermənistan sərhədində nə baş verir? -

Səhərdən etibarən Ermənistan mediası və sosial şəbəkələrində Azərbaycanın Syunik bölgəsində döyüşə başladığı iddia edilən məlumatlar yayılıb.

Metbuat.az-ın məlumatına görə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Sünikdəki irəliləməsi ilə bağlı vəziyyəti şərh edib. Sərhəddəki vəziyyətlə bağlı dezinformasiyanın yayılmasının hüquqi nəticələri olacağını bildirən erməni tərəfi rəsmi olaraq Syunik bölgəsi ərazisində baş verdiyi iddia edilən döyüşlərlə bağlı açıqlamaların həqiqətə uyğun olmadığını bildirib.

"Bu cür məlumatların yayılması nəticəsində əhali arasında yaranan narahatlığı nəzərə alaraq, Milli Təhlükəsizlik Xidməti dezinformasiya, çaxnaşma və lazımsız gərginlik yaymaqdan çəkinməyə çağırır. Bu cür davranış ən ağır qanuni nəticələrə səbəb olacaq" deyə nazirliyin şərhində bildirilir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Syunik bölgəsindəki ərazilərdən birində Azərbaycan əsgərlərinin sərhədə doğru hərəkətini təsdiqləmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR