Xalq artisti Səməd Səmədovun bacısı və baldızı koronavirusdan dünyasını dəyişib.

Metbuat.az verir ki, müğənni bu haqqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, "Covid-19"dan iki qohumunu itirib:

"İndi-indi dirçəlməyə başlamışıq. Bacımı və baldızımı itirdim".

Bundan başqa, ifaçı pandemiya ərəfəsində avtomobilini də satıb. O bildirib ki, yeni maşının sataraq, əvəzində köhnə və ucuzunu alıb. (axşam.az)