Yeni Bəyannamə ilə bağlı böyük HAY-KÜY:

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edgar Ghazaryan Paşinyanı tənqid edib:

Metbuat.az xəbər verir ki, bu barədə "Hrparak" nəşri yazıb.

Məqalədə bildirilir ki, Ghazaryan açıqlamasında hazırlanan yeni bəyannamənin ən böyük təhlükələrindən biri də Ermənistan və Azərbaycan arasındakı sərhədləri rəsmən tanınması ilə bağlı olduğunu bildirib.

"Bunun nəticəsində Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyəcəkdir. Yeni bəyannamədən sonra Artsaxın statusu ilə bağlı istənilən danışıq fürsəti bağlanacaq. İlham Əliyevin müharibədən sonrakı dövrdə daima danışdığı mövzu budur. Artıq 9 noyabr və 11 yanvar tarixlərindən sonra həmin milli əclaf - Paşinyanın imzasının hər hansı bir sənədin altına qoyulacağı istisna edilməməlidir. O, Ermənistanın qanuni lideri deyil. O, bu vəzifəni qanunsuz olaraq tutub. O mütləq baş nazir vəzifəsindən azad edilməlidir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR